"Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" növbəti oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, səfərdə "St.Truiden" klubu ilə qarşılaşan "Gent" 0-3 hesablı qələbəyə sevinib. Matçın 34-cü dəqiqəsində "Gent" klubunun yarımmüdafiəçisi Andryu Hjulsager zədələnərək meydanı tərk edib.
Xatırladaq ki, "Qarabağ" "Gent" klubu ilə Fevralın 16-ı Bakıda, 23-ü isə Belçikada qarşılaşacaq.