"Sportinq Lizbon" "Qalatasaray"ın futbolçusunu istəyir

Əziz Əzizli
"Sportinq Lizbon" "Qalatasaray"ın futbolçusunu istəyir

Portuqaliya çempionatında çıxış edən "Sportinq" "Qalatasaray"ın müdafiəçisini transfer etmək istəyir.

"Operativ Media" xəbər verir ki, Lizbon təmsilçi "Qalatasaray"ın kamerunlu müdafiəçisi Saşa Boeyi heyətinə qatmaqda maraqlıdır. Futbolçu üçün İstanbul təmsilçisinə 15 milyon avro təklif edilib.

Qeyd edək ki, kamerunlu futbolçu 2021-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.

Digər xəbərlər