Rauf Yusifov WKF Karate üzrə Beynalxalq turnirin qalibi olub - FOTO

Fərrux Qocamanlı
Rauf Yusifov WKF Karate üzrə Beynalxalq turnirin qalibi olub - FOTO

Bakı İdman Sarayında 20-22 yanvar tarixində 2023-cü ilin ilk WKF Karate üzrə Beynalxalq turniri keçirilib.

"Operativ Media" xəbər verir ki, iştirakçılardan Rauf Yusifov yaxşı nəticə göstərərək hər iki kateqoriyada çempion olub və iki qızıl medal qazanıb. 

O, kişilər arasında 84+ kq çəki dərəcəsində 1-ci yerə layiq görülüb.

R.Yusifov həmin gün digər yarışda da 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.
İdmançı öz sosial şəbəkə hesabında paylaşım edərək bu uğurunu müəlllimi və məşqçisi, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Fiziki Hazırlıq Şöbəsinin rəisi Elnur Həsənova borclu olduğunu vurğulayıb.

Şəkil Qalereyası

Rauf Yusifov WKF Karate üzrə Beynalxalq turnirin qalibi olub - FOTO - Şəkil 1
Rauf Yusifov WKF Karate üzrə Beynalxalq turnirin qalibi olub - FOTO - Şəkil 2

Digər xəbərlər