24 Yanvar 2023, 14:25
Azərbaycan Ordusunun hərbi hissələrinə yeni gələn çağırışçıların qəbulu davam edir
Azərbaycan Ordusunun hərbi hissələrinə yeni gələn çağırışçıların qəbulu davam edir şəkil
Azərbaycan Ordusunun hərbi hissələrinə yeni gələn çağırışçıların qəbulu davam edir

 

“Azərbaycan Respublikası vətəndaşlarının 2023-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, xidmətə yeni gələn bütün çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin olunurlar. Şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla dadlı və keyfiyyətli yeməklər hazırlanır. Hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam və təhlükəsizlik qaydaları barədə çağırışçılara ətraflı məlumat verilir, maarifləndirici və fərdi söhbətlər aparılaraq onların psixoloji xüsusiyyətləri öyrənilir. Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq onlarla fərdi hazırlıq məşğələləri keçirilir. Məşğələlərdə gənc əsgərlərə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanılır.

Son xəbərlər
Tramp ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsinə namizəd irəli sürüb
"Real Madrid" 1/4 finala yüksəldi
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib