Nərimanovda avtomobil mühərriki oğurlayan Quba sakini yaxalanıb

Nərmin Qocamanlı
Nərimanovda avtomobil mühərriki oğurlayan Quba sakini yaxalanıb

Nərimanov rayonu ərazisində yerləşən bir emalatxanadan “BMW” markalı avtomobilin 1800 manat dəyərində mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Fərid Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər