25 Yanvar 2023, 13:30
MN: Hərbi qulluqçularla mənəvi-psixoloji mövzuda söhbətlər aparılıb
MN: Hərbi qulluqçularla mənəvi-psixoloji mövzuda söhbətlər aparılıb şəkil
MN: Hərbi qulluqçularla mənəvi-psixoloji mövzuda söhbətlər aparılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən qoşunlarda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirilib. Görüşlərdə hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və sosial qayğıları öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. Şəxsi heyətə Beynəlxalq Humanitar Hüququn normaları və informasiya təhlükəsizliyi, eləcə də hərbi intizamın möhkəmləndirilməsinə dair lazımi tövsiyələr verilib. Bundan başqa, “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsindən danışılıb. Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən bu ali etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb