http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Quru Qoşunlarında zabitlərin toplantısı keçirilib

25 Yanvar 2023 , 15:44
Quru Qoşunlarında zabitlərin toplantısı keçirilib

2023-cü ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin toplantısı keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Ordusunda nizam-intizamın artırılması və möhkəmləndirilməsində, eləcə də hərbi qulluqçuların döyüş ruhunun və vətənpərvərlik hissinin yüksəldilməsində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin üzərinə düşən vəzifələrlə bağlı toplantıda geniş müzakirələr aparılıb. Bildirilib ki, bu sahədə milli-mənəvi dəyərlərin aşılanması, tarixi şəxsiyyətlərin, görkəmli sərkərdələrin, eləcə də şəhidlərimizin keçdiyi döyüş yolunun şəxsi heyət tərəfindən öyrənilməsinin əhəmiyyəti böyükdür.

Toplantıda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Ordusunda keçiriləcək silsilə tədbirlərin şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol oynayacağı xüsusi qeyd edilib, ideoloji iş və mənəvi-psixoloji təminat istiqamətində fəaliyyətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi barədə müdafiə nazirinin göstərişləri müvafiq vəzifəli şəxslərə çatdırılıb.

Sonra toplantı iştirakçılarına təbliğat-təşviqat işinin düzgün təşkili, səyyar ideoloji məntəqələrin, səyyar ideoloji guşələrin və ideoloji otaqların tələblərə uyğun tərtibatının vacibliyi vurğulanıb.

Sonda Müdafiə Nazirlyi rəhbərliyininin qərar və əmrlərinin icrasının təmin edilməsi, ictimai-siyasi hazırlıq dərslərinin təşkili və keçirilməsi qaydaları, həmçinin hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsinə dair müvafiq tövsiyələr verilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu