Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" də paylaşım edib.
"Görüş zamanı sığorta sektoru üzrə 2024-cü ilin nəticələrini və cari il üçün strateji prioritetləri müzakirə etdik. Həmçinin yaxın və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi apardıq", - sədr qeyd edib.