Şahin Mustafayev: İki ölkə arasında münasibətlər inkişaf edir

Əsəd Abbaslı
Şahin Mustafayev: İki ölkə arasında münasibətlər inkişaf edir
Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək

Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

O, İran Prezidentinin Azərbaycana planlaşdırılan səfərinin iki ölkə arasında münasibətlərdə yeni imkanlar açacağına inandığını söyləyib:

"İki ölkə arasında münasibətlər inkişaf edir. Əməkdaşlığın əsas sahələrindən biri də nəqliyyatdır. Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər layihələr də regionun inkişafına hesablanıb. Eyni zamanda Ordubad Su Elektrik Stansiyası da bölgəmiz üçün böyük əhəmiyyət daşıyır".

Digər xəbərlər