Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 2,3 milyon ton, ixracı isə 2 milyon ton olub.
Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, ötən ay 3,9 milyard kubmetr qaz hasil edilib. 2 milyard kubmetr qaz isə ixrac olunub.
Şəkil Qalereyası

