Qazaxıstan 2025-ci ildə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə nəql olunan neftin həcmini kəskin şəkildə artırmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məlumata görə, əgər 2023 və 2024-cü illərdə Qazaxıstandan 56 milyon ton neft CPC vasitəsilə vurulmuşdusa, 2025-ci ildə ölkə həcmi 10,5% - 63 milyon tona qədər artırmaq istəyir.