Bir vaxtlar "Bakı" klubunun da formasını geyinmiş Jaba ləqəbli braziliyalı futbolçu sosial şəbəkədə yazdığı rəy ilə gündəmə gəlib.
"Operativ Media" xəbər verir ki, Jabanın "Ankaragücü" klubundan sabiq komanda yoldaşı Hürriyyət Gücerin verilişlərin birində dediyi "Jaba çox içki içirdi" sözlərinə braziliyalı futbolçu rəy yazaraq münasibət bildirib.
"Mən çoxlu içki içərdim, çoxlu qol vurub, super performans göstərərdim. Sən içki içməzdin, diskoya getməzdin, performansın da yox idi, qol da vura bilmirdin".