"Şamaxı" Şuaybuya görə cərimələndi

Operativ Media
"Şamaxı" Şuaybuya görə cərimələndi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 8-ci turunun “Şamaxı” – “Kəpəz” oyununda baş verən neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

Operativ Media  xəbər verir ki, matçın 44-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Şamaxı”nın hücumçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib.

Hər iki klubun geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başlayıb. Bu üzdən klublar 1500 manat cərimə ödəyəcəklər.

Bundan başqa, 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə olunub.

Digər xəbərlər