Şotlandiyanın "Reyncers" klubu yeni baş məşqçi təyinatını açıqlayıb.
Operativ Media xəbər verir ki, tanınmış klub almaniyalı Denni Röllə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti açıqlayıb. 36 yaşlı məşqçi daha əvvəl iki il “Şeffild Uensdey” klubuna rəhbərlik edib. Röllün müqavilə müddəti 2,5 illikdir.
"Reyncers" hazırda Şotlandiya Premyer Liqasında 8 tura cəmi bir qələbə qazanıb.