230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, 2023-cü ildə istismara verilən GES Azərbaycanın bərpaolunan enerji sahəsində ilk irimiqyaslı beynəlxalq investisiya layihəsi olmaqla, ölkədə yaşıl enerji keçidinə mühüm töhfə verir. İki il ərzində istehsal olunan 1 milyard kilovat-saat elektrik enerjisi ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradaraq, atmosferə 400 min ton karbon qazı atılmasının qarşısını alıb.
Qaradağ GES ildə təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 min ev təsərrüfatını yaşıl enerji ilə təmin edir.
XƏBƏR LENTİ
Qaradağ GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Müəllif: Xəbərlər redaksiyası•

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər
Qaradağ GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Xəbərlər redaksiyası•