“Azərbaycan Respublikasının Prezidentinin Ermənistana yükdaşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması qərarını məmnuniyyətlə qarşılayıram".
Operativ Media xəbər verir ki, bunu Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan “Armenpress” agentliyinə müsahibəsində bildirib.
“Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi baxımından böyük əhəmiyyət daşıyır", - o, qeyd edib.