SOCAR-ın prezidenti Rövşən Nəcəf Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.
Bu barədə Operativ Media SOCAR-a istinadən xəbər verir.
Görüşdə cari il fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.