Menyu

Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib - YENİLƏNİB

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Qış təlimi - 2023" beynəlxalq təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Əvvəlcə müdafiə nazirlərinə “Qış təlimi - 2023” təlimi barədə raport verilib. Ordu rəhbərləri yeni nəsil texnika və avadanlıqlarla tanış olub, təlimin maddi-texniki təminat hissəsinə baxış keçiriblər.

Sonra Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqların icrasını nümayiş etdiriblər. Yekunda Türkiyənin milli müdafiə naziri H.Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov, Gürcüstanın müdafiə naziri C.Burçuladze müşahidəçilər və digər rəsmi qonaqlar qarşısında çıxış ediblər

Qeyd edək ki, cari ilin 18 yanvar - 03 fevral tarixlərində keçirilən təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq göstəriblər.

 

***

16:14

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri komandoların əməliyyatlarını izləyiblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə paylaşım edib.

Teqlər:

"Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib - YENİLƏNİB"

Əlaqəli Xəbərlər