Mikayıl Cabbarov serbiyalı həmkarı ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə edib

admin
Mikayıl Cabbarov serbiyalı həmkarı ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə edib
Bu gün İqtisadiyyat naziri Serbiyanın iqtisadiyyat naziri ilə onlayn görüşüb.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə görüşüb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz X- hesabında paylaşım edib.

"Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya  və sənayə  sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük"- deyə, o qeyd edib.

Digər xəbərlər