İspaniya Laliqasında 17-ci turun təxirə getmiş oyunu keçirilib.
"Operativ Media" xəbər verir ki, "Real Madrid" "Santiaqo Bernabeu"da "Valensiya" klubu qəbul edib. Matç 2-0 Kral klubunun qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra Madrid təmsilçisi xallarının sayını 45-ə çatdırıb. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Madrid "Real"ı lider "Barselona"dan 5 xal geri qalır.