"Krasnodar" klubunun yeni transferi Kadi Borqes zədələnib.
"Operativ Media" xəbər verir ki, "Krasnodar" klubunun "Qış Kuboku"nda "Soçi" ilə qarşılaşdığı matçda Kadi Borqes sıradan çıxıb. 27 yaşlı yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib: “Ağrı var, amma düşünürəm ki, tezliklə oynamağa hazır olacağam. Bilirəm ki, kifayət qədər çətin liqada oynamalıyam. Buna hazıram”.