Menyu

Fergus Auldun iştirakı ilə azərbaycanlı hərbçilərə sertifikatlar təqdim olunub

Nərmin Qocamanlı
Fergus Auldun iştirakı ilə azərbaycanlı hərbçilərə sertifikatlar təqdim olunub

Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə keçirilən təlim kursunda sertifikatlar təqdim olunub

MN-dən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində cari ilin 23 yanvar - 2 fevral tarixlərində Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin iştirakı ilə "Partlayış təhlükələri haqqında məlumatlandırma üzrə təlim kursu" keçirilib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin rəhbər heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən hərbi attaşelik aparatının nümayəndələrinin, Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər keçirilən kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar, Azərbaycan ilə Birləşmiş Krallıq arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.

Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd olunub. Kurs müddətində dinləyicilər tərəfindən əldə olunan bilik və bacarıqların işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində tətbiq olunacağına əminlik ifadə edilib.

Sonda xatirə şəkili çəkdirilib.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər