"Gent"lə oyunda "Qarabağ"ın qapısını kim qoruyacaq?

Əziz Əzizli
"Gent"lə oyunda "Qarabağ"ın qapısını kim qoruyacaq?

"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə qarşılaşacaq.

"Operativ Media" xəbər verir ki, Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra həyətə yeni qapıçı transferi edə bilməyən "Qarabağ" "Gent"lə oyun üçün iştirak ərizəsinə "Qarabağ -2"nin qapıçısı Ayxan Arazlını əlavə etmişdi. 

Qurban Qurbanov qış fasiləsindən sonra Premyer Liqanın ilk turunda, "Turan Tovuz"la matçda qapını Luka  Quqeşaşviliyə əmanət etmişdi. Həmin matçda kobud səhvləri ilə yadda qalan qapıçı "Şamaxı" ilə matçda ehtiyat oyunçular skamyasındə əyləşdirildi. Onu gənc qapıçı Amin Ramazanov əvəz etmişdi.

Bu gün baş tutacaq "Kəpəz"lə matçda da Qurban Qurbanov qapını Amin Ramazanova əmanət edəcək.

"Gent" lə oyun üçün heyəti formalaşdırmaq istəyən Qurban Qurbanovun ardıcıl iki turda gənc qapıçıya güvənməsi 12 gün sonrakı matçda əsas heyət qapıçısının adına böyük ölçüdə aydınlıq gətirib.

Digər xəbərlər