Biz Ermənistan və Azərbaycanın sülh yolunda əldə etdikləri tərəqqini alqışlayırıq.
Operativ Media xəbər verir ki, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi "X"-də paylaşım edib.
"Biz sülh sazişinin tezliklə imzalanacağına ümid edirik. Son hadisələr regionda sabitlik və rifah yolunda mühüm addımdır", - deyə paylaşımda qeyd olunub.