"BYD" 115 000-dən çox avtomobili geri çağırır

Şəfa Hüseynli
"BYD" 115 000-dən çox avtomobili geri çağırır

Çinin istehsal etdiyi BYD markalı  elektrik avtomobillərinin təhlükəsizliyinə təsir göstərə biləcək texniki qüsurlara görə eyni vaxtda 115 782 Tang və Yuan Pro modelini geri çağırır.

Operativ Media xəbər verir ki, bu barədə "Car News China" məlumat yayıb.

Birinci mərhələdə 2015-ci ilin mart ayının sonundan 2017-ci ilin iyuluna qədər istehsal olunmuş 44 535 ədəd Tanq geri çağırılacaq.

Bildirilib ki, bu avtomobillərdə elektrik mühərrikinin tənzimləyicisindəki dizayn qüsuru müəyyən edilib. Müəyyən şəraitdə bu, mikrosxemin həddindən artıq istiləşməsinə və elektrik ötürücü sisteminin nasazlığına səbəb ola bilər. Əks-halda  yanğın təhlükəsi baş verə bilər.

İkinci mərhələ 2021-ci ilin fevralından 2022-ci ilin avqustuna qədər istehsal edilmiş 71.248 Yuan Pro elektrik avtomobilini əhatə edir. Bu nəqliyyat vasitələrinin akkumulyator paketinin hermetik örtüyündə qüsur olduğu aşkar edilib.

Bildirilib ki, su ilə uzun müddət sürərkən nəm içəri daxil ola bilər. Bu, izolyasiyanı azalda bilər və gücün azalmasına və ya batareyanın nasazlığına səbəb ola bilər.



Digər xəbərlər