İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 400-ü ötüb- YENİLƏNİB 2

Nərmin Qocamanlı
İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 400-ü ötüb- YENİLƏNİB 2
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumu nəticəsində Qəzza zolağına ölənlərin sayı 400 nəfəri ötüb.

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 412 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 500-dən artıq şəxs yaralanıb.
***

12:12

Qəzza zolağında İsrailin bombardmanları nəticəsində 356 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

***

10:18

Qəzza zolağında İsrailin bombardmanları nəticəsində 310 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu arədə Əl-Cəzirə telekanalı anklavın Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

“İsrail düşməninin Qəzza zolağına basqınları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb, yüzlərlə insan yaralanıb və ya itkin düşüb”, - nəşr yazır.

Digər xəbərlər