Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.
Bu barədə “Asharq Al-Awsat” telekanalı məlumat yayıb.
Yaralı sayı 2 400 nəfər təşkil edir.
***
21:58
Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 960-ı ötüb.
"Operativ Media" xəbər verir ki, daha 2 400 nəfər yaralanıb.
Bundan əvvəl 538 nəfərin öldüyü, 1 300 mindən artıq insanın yaralandığı bildirilirdi.
***
21:45
Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.
"Operativ Media" xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 538-ə çatıb.
***
21:03
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 461 nəfərə çatıb.
***
17:46
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 430-a, yaralıların sayı isə 1 315 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, SANA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
***
16:30
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 403-ə çatıb
"Operativ Media" xəbər verir ki, yaralıların sayının 1300-ə nəfərə yaxın olduğu bildirilir.
***
15:10
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 371-ə yüksəlib.
"Operativ Media" xəbər verir ki, yaralıların sayı 1089 nəfərdir.
***
14:05
Suriyada son məlumatlara görə zəlzələ nəticəsində 326 nəfər ölüb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, 1000-dən çox insan yaralanıb.
***
10:09
Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində 639 nəfər yaralanıb.
***
09:12
Suriyada baş verən zəlzələdə ilkin məlumatlara görə, azı 100 nəfər ölüb, yüzlərlə insan yaralanıb.