Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Araşdırma aparılır.
***
14:40
Sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb.
Operativ Media-nın məlumatına görə, hadisə Yasamal, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.
Məsələ ilə bağlı FHN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.
"Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib",- məlumatda qeyd edilib.