İsaaq Herzoq: İsrail Türkiyəyə köməklik etməyə hazırdır

Nərmin Qocamanlı
İsaaq Herzoq: İsrail Türkiyəyə köməklik etməyə hazırdır

“İsrail səlahiyyətli orqanlar vasitəsilə Türkiyəyə hər zaman hər cür köməklik edə bilər”.

"Operativ Media" xəbər verir ki, bunu İsrail Prezidenti İsaaq Herzoq tviterdə bildirib.

 “Dünən gecə baş verən zəlzələdən sonra Türkiyənin və bölgənin başına gələn ağır fəlakətlə bağlı öz adımdan və İsrail xalqı adından dərin hüznümü bildirirəm. Böyük dağıntı və insan tələfatı ilə əlaqədar Türkiyə Prezidentinə və xalqına başsağlığı verirəm”, - paylaşımda qeyd edilir.

Digər xəbərlər