FHN qüvvələri Türkiyəyə çatıb - YENİLƏNİB

Nərmin Qocamanlı
FHN qüvvələri Türkiyəyə çatıb - YENİLƏNİB

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını daşıyan təyyarə Adana şəhərinə çatıb.

"Operativ Media" xəbər verir ki, təyyarə Adanada Şakir Paşa Hava Limanına eniş edib.

Daha sonra FHN əməkdaşları xilasetmə işləri ilə bağlı zəlzələnin baş verdiyi ərazilərə yollanacaq.

***

Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilas etmə qüvvələri Türkiyəyə yola salınır.

"Operativ Media" "Trend"ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti artıq Heydər Əliyev Hava Limanına gəlib.

Hazırda heyətin Türkiyəyə yola düşməsi üçün son tamamlama işləri görülür

 

Şəkil Qalereyası

FHN qüvvələri Türkiyəyə çatıb - YENİLƏNİB - Şəkil 1
FHN qüvvələri Türkiyəyə çatıb - YENİLƏNİB - Şəkil 2
FHN qüvvələri Türkiyəyə çatıb - YENİLƏNİB - Şəkil 3

Digər xəbərlər