Trampın tariflərindən sonra ABŞ fond bazarı 2,5 trilyon dollar itirib - FOTO

admin
Trampın tariflərindən sonra ABŞ fond bazarı 2,5 trilyon dollar itirib - FOTO
“New York Times” : Trampın ticarət müharibəsinə başlamaq qərarı bazara mənfi təsir edib.

ABŞ fond bazarı koronavirus pandemiyasından sonra ən böyük enişini yaşanıb.

Operativ Media xəbər verir ki. bu barədə  “New York Times” nəşri məlumat yayıb.

"Trampın tarif qərarından sonra səhm qiymətlərinin düşməsi iqtisadiyyatın bütün sahələrinə təsir edib. Xüsusilə, aviaşirkətlərin, qida xidmət şəbəkələrinin və bankların, geyim və ayaqqabı istehsalçılarının, eləcə də elektronikanın və pərakəndə satış şəbəkələrinin səhmlərinin dəyəri sürətlə aşağı düşüb".

Qeyd olunub ki, ABŞ fond bazarı təxminən 2,5 trilyon dollar itirib.

Yalnız "Coca-Cola" və "McDonald's"ın səhmləri artmaqda davam edir.

Digər xəbərlər