Markerlər Respublikanın müxtəlif regionlarından olan fənn müəllimləri sırasından müxtəlif istiqamətlər üzrə və ikimərhələli seçim prosesindən keçdikdən sonra yoxlama prosesinə cəlb edilirlər.
Operativ Media xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.
O, qeyd edib ki, qiymətləndirmə vasitələrinin işlənməsi və yoxlanılmasına dair hazırlıq kurslarının iştirakçıları, Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisası üzrə 70%-dən yüksək nəticə göstərmiş müəllimlər, təhsilverənlərin sertifikatlaşdırmasının test imtahanı mərhələsində ixtisası üzrə 90%-dən yüksək nəticə göstərmiş müəllimlər marker ola bilirlər.






