Ermənistanda Qarabağı könüllü tərk edən ermənilərə verilən yeni pasportlarda doğum yeri Azərbaycan Respublikası olaraq qeyd edilib.
Operativ Media-nın xəbərinə görə, Ermənistan DİN-dən ölkənin KİV-lərinə bildirilib ki, beynəlxalq hüquq bunu tələb edir:
"Sənədlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olmalıdır və təşkilatın məqbul hesab etdiyi coğrafi adlar orada qeyd olunur.
Əks halda vətəndaşlar sərhədləri keçərkən problemlərlə üzləşəcəklər".