Azərbaycanın sərnişin qatarı Tbilisə gedib? - FOTO

Nərmin Qocamanlı
Baxış: 1498
Azərbaycanın sərnişin qatarı Tbilisə gedib? - FOTO
Sosial şəbəkələrdə may ayında Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb.

Gələn ay Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

Operativ Media xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə yayılan görüntülər olub.

Məlumatda qeyd olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədilə Tbilisiyə göndərilib.

Məsələ ilə bağlı Operativ Media"nın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil.

"Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır", - deyə B.Hacıyev bildirib.

Şəkil Qalereyası

Azərbaycanın sərnişin qatarı Tbilisə gedib? - FOTO - Şəkil 1
Azərbaycanın sərnişin qatarı Tbilisə gedib? - FOTO - Şəkil 2
Azərbaycanın sərnişin qatarı Tbilisə gedib? - FOTO - Şəkil 3

Digər xəbərlər