Bakıdan Gəncəyə aviabilet niyə 1100 manatdır? - AÇIQLAMA

Redaksiya
Baxış: 883
Bakıdan Gəncəyə aviabilet niyə 1100 manatdır? - AÇIQLAMA
Bakıdan Gəncə Hava Limanına aviabiletin qiymətinin 1000 manatdan yuxarı olmasına aydınlıq gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı – AZAL Bakıdan Gəncə Hava Limanına aviabiletin qiymətinin 1000 manatdan yuxarı olmasına aydınlıq gətirib.

QSC-dən Operativ Media-ya bildirilib ki, buna səbəb hazırda Bakıdan Gəncəyə birbaşa uçuşun olmamasıdır.

"Bakıdan Gəncəyə uçmaq istəyən şəxs əvvəlcə Gəncəyə uçuşlar olan başqa ölkəyə gedərək oradan müvafiq reyslə Gəncə Hava Limanına gəlməlidir". 

Bildirilib ki, AZAL-ın saytında və mobil tətbiqində qiymətlər bu faktorlar nəzərə alınaraq hesablanıb.

Qeyd edək ki, AZAL ilə Naxçıvana uçuş biletinin qiyməti 60 AZN, Füzuli Hava Limanına isə 78 AZN təşkil edir.

Digər xəbərlər