ABŞ-nin elə silahları var ki, onların nə olduğunu heç kim bilmir.
Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
"Biz çox güclüyük. Bu ölkə çox güclüdür. İnsanların başa düşdüyündən də çox güclüdür. Bizim elə silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir. Onlar dünyanın ən güclü silahlarıdır", - deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Siyahıya 183 ölkə və Aİ daxildir.
Qeyd edək ki, ABŞ Çindən idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə çatdırıb. Çin cavab olaraq ABŞ-dən idxal olunan məhsullara tətbiq edilən rüsumları 84%-ə qədər artırıb.
Xatırladaq ki, Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edilib.






