"Mançester Siti", "Mançester Yunayted" və "Arsenal" "Levante"nin hücumçusu ilə maraqlanır

Əziz Əzizli
"Mançester Siti", "Mançester Yunayted" və "Arsenal" "Levante"nin hücumçusu ilə maraqlanır

"Mançester Siti", "Mançester Yunayted" və "Arsenal" "Levante"nin hücumçusu Karl Ett Eyong ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin məlumatına görə, 22 yaşlı kamerunlu 2026-cı ilin yanvarında yeni komandaya qoşulmaq niyyətindədir.Futbolçu ilə İspaniyanın "Barselona" və "Real Madrid" klubları da maraqlanır.

2025/26 mövsümündə hücumçu 10 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Levante" ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Digər xəbərlər