Ağ Ev rəsmiləri Fələstinin HƏMAS hərəkatının rəhbərliyinə öz silahlı qüvvələrinin Qəzza Zolağının İsrailin nəzarətində olan ərazilərindən radikalların nəzarətində olan ərazilərə təhlükəsiz keçidini təmin etməyi təklif edib.
Operativ Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" məlumat yayıb.
Rəsmi şəxslərin fikrincə, ABŞ-nin təklifi atəşkəsin pozulması və HƏMAS tərəfdarları ilə İsrail ordusu arasında silahlı toqquşmaların yenidən alovlanması riskinin qarşısını almaq məqsədi daşıyır. Təklif Amerika tərəfi tərəfindən Misir və Qətər vasitəçiləri vasitəsilə çatdırılıb.
İsrail Müdafiə Qüvvələrindəki (IDF) mənbələr bildirir ki, onlarla silahlı HƏMAS tərəfdarı hələ də İsrail qüvvələrinin nəzarətində olan ərazilərdə yeraltı tunellərdə qalır.






