27 kq marixuana aşkarlanıb - Video

Operativ Media
27 kq marixuana aşkarlanıb - Video

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Operativ Media xəbər verir ki, tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=HJLRgLZ9DgQ

YouTube video

Digər xəbərlər