Ana səhifə / İdman / AÇ: Azərbaycan cüdoçuları Moldovada mübarizəyə başlayır AÇ: Azərbaycan cüdoçuları Moldovada mübarizəyə başlayır 31.10.2025, 12:19 Operativ Media Bu gün Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürəcək. Operativ Media xəbər verir ki, yarışın ilk günündə iki çəki dərəcəsində üç Azərbaycan cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq. Kişilər üzrə yarışlar: -60 kq, 1/16 final Murad Muradlı (Azərbaycan) – Maksim Taran (Almaniya) Hüseyn Allahyarov (Azərbaycan) – Yozef Tomanek (Slovakiya) -66 kq, 1/16 final İslam Rəhimov (Azərbaycan) – Roman Dekan (Slovakiya) Təsnifat görüşləri saat 11:30-da, final mərhələsi isə saat 18:00-da başlayacaq.