Suriyada dağıdıcı zəlzələ nəticəsində 1509 nəfər ölüb, 3548 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu məlumatlar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən Cenevrədə dərc olunub.
“Mövcud hesablamalara görə, ən azı 4 min ailə evini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var”, - məlumatda deyilir.
***
12:28
Suriyada zəlzələ zamanı azı 812 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə SANA xəbər agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Hələb, Latakiya, Tartus, Həma və İdlib əyalətlərində ən azı 1449 nəfər yaralanıb.