Tacikistanda baş vermiş zəlzələ ölkənin Raşt bölgəsində 17 evə ziyan vurub.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, həlak olan yoxdur.
10:00
Tacikistanda 5,9 bal gücündə zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, yeraltı təkanlar bazar günü, Bakı vaxtı ilə saat 08:24-də qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri 198 min nəfərdən çox əhalisi olan Xucand şəhərindən 170 kilometr cənub-şərqdə, Tacikistanın Gərm kəndindən 37 kilometr şərqdə, 16 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.






