Növbəti üç gün ərzində ölkə ərazisində aramsız yağış gözlənilir - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Növbəti üç gün ərzində ölkə ərazisində aramsız yağış gözlənilir - XƏBƏRDARLIQ
Hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 16-da yağışın aramsız  güclü olacağı ehtimalı yüksəkdir.

Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur. Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

Digər xəbərlər