“Barselona” klubunun sabiq futbolçusu Dani Alves Kataloniyada yerləşən bir kilsədə ruhani rəhbər kimi fəaliyyətə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.
42 yaşlı veteran futbolçu Jirona şəhərindəki Elim kilsəsində dindarların qarşısında duyğulu çıxış edib: “Siz Allaha inanmalısınız. Mən bunun canlı sübutuyam. Mən Allahla əhd bağlamışam.Tufanların, çətinliklərin içində həmişə Tanrının bir elçisi olur. Mənim həyatımın ən ağır anında o elçi məni tapdı, kilsəyə gətirdi, yola saldı və bu gün mən Tanrının yolundayam”.
Qeyd edək ki, Alves ötən illərdə cinsi təcavüz ittihamı ilə 14 ay müddətinə həbs edilmiş, daha sonra isə bəraət almışdı. O, 2008-2016, 2021-2022-ci illərdə "Barselona"da çıxış edib.






