“Mr FİX”dən Türkiyəyə 500 000 TL-lik dəstək

Nərmin Qocamanlı
“Mr FİX”dən Türkiyəyə 500 000 TL-lik dəstək

Qardaş Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində mindən çox şəxsin həlak olması, 20 mindən çox şəxsin yaralanması ilə dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulublar.

"Operativ Media" xəbər verir ki, bu məqsədlə “Mr FİX” şirkəti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Səninləyəm, Türkiyə!” adlı kampaniyasına qoşularaq qardaş ölkə üçün  500 000 TL vəsait ayırıb.

Digər xəbərlər