Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 9057 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Bildirilib ki, zəlzələ nəticəsində 52 979 nəfər yaralanıb. 6444 bina dağılıb.
***
14:50
Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 8574 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Məlumata görə, zəlzələ nəticəsində 49 133 nəfər yaralanıb, 6444 bina uçub.
***
12:31
Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 7 min 108 adamın həyatını itirib.
"Operativ Media" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində 40 min 910 adamın isə yaralanıb.
***
11:55
Türkiyədə zəlzələdə ölənlərin sayı 6957 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, yaralı sayı 38 224 nəfərdir.
***
10:38
Türkiyədə zəlzələdə ölənlərin sayı 6234 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yaralı sayı 37 011 nəfərə yüksəlib.