Super Liqa təmsilçisi "Adana Dəmirspor"un futbolçusu Fredrik Gülbrandsen Norveç mətbuatına Türkiyədə baş verən zəlzələ ilə bağlı danışıb.
"Operativ Media" xəbər verir ki, O, müsahibəsində "Türkiyə Liqası matçları bir həftə təxirə salmaq qərarına gəldi. Zəlzələnin vurduğu bölgədə bu qədər insan həyat mübarizəsi apararkən biz necə çıxıb futbol oynaya bilərik, anlaya bilmirəm" deyib.
"Yatmışdım və birdən titrəyərək oyandım. Silkələnmə başladı və getdikcə gücləndi. Yataqdan qalxmağa başlayan kimi çarpayıdan yıxıldım. Ayağa qalxmaq istədim, amma bu mümkün deyildi. Zəlzələ bitəndən sonra sağ qalmaq instinkti ilə hərəkət etdim. Tez özümlə bir neçə paltar götürüb 14-cü mərtəbədən aşağı düşdüm. Xoşbəxtlikdən yaşadığım binaya heç nə olmamışdı”.