Fransa xarici işlər naziri Katerine Kolonna və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Braziliyada səfərdə olan Fransa xarici işlər naziri fevralın 9-da amerikalı həmkarı ilə telefon əlaqəsi saxlayıb.
Diplomatlar Laçın yolundakı vəziyyəti də müzakirə ediblər.
Telefon danışığı zamanı Ukraynaya dəstək və İranın nüvə proqramına dair fikir mübadiləsi aparılıb.






