Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın “Tasnim” agentliyinə verdiyi müsahibəsində bildirib.
"Hesab edirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu, İran İslam Respublikasının hörmətli Prezidenti ağaye Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra, hörmətli Prezidentimiz cənab İlham Əliyevlə baş tutan baş-başa görüş, eləcə də nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr nəticəsində mümkün olub. Bu dialoqlar İran–Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib," – deyə Hacıyev vurğulayıb.
O əlavə edib ki, qarşıda duran əsas vəzifə bu münasibətləri daha da dərinləşdirmək və əməkdaşlığı genişləndirməkdir.






