Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Operativ Media xəbər verir ki, fətva Qazılar Şurasının bugünkü geniş toplantısında qəbul olunub.
Qeyd edək ki, bu il üçün Azərbaycanda Qurban bayramı 6-7 iyunda qeyd olunacaq.
Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.
Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.
***
10:41
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva verəcək.
Operativ Media xəbər verir ki, fətva QMİ Qazılar Şurasının bugünkü iclasında elan olunacaq.